Haqqımızda Reklam
09 
Avq
2025
06:31
18
18
572

Tbilisidə Qaraxan Əkbəroğlunun “Ömür Yuxu” kitabının təqdimatı keçirilib (VİDEO)

Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Dünya Şair və Yazıçılar İttifaqının sədri, tanınmış yazıçı Qaraxan Əkbəroğlunun “Ömür Yuxu” adlı kitabının təqdimat mərasimi və yerli ziyalılarla görüş təşkil olunub. 24News.ge xəbər verir ki, tədbirin açılışında muzeyin direktoru Leyla Əliyeva müəllifin yaradıcılığını və Azərbaycan–Gürcüstan mədəni əlaqələrinin inkişafında xidmətlərini yüksək qiymətləndirib. Digər natiqlər çıxışlarında bu cür görüşlərin ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində əhəmiyyətini vurğulayıblar. Tədbir gənc aşıqların musiqi ifaları ilə davam edib. Sonda Qaraxan Əkbəroğlu bir sıra mədəniyyət xadiminə təmsil etdiyi ittifaq adından Fəxri Diplomlar təqdim edib. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge