Haqqımızda Reklam
09 
Avq
2025
06:43
20
12
624

Marneulidə “Autizmə Fərqli Baxış” adlı seminar keçirilib (VİDEO)

8 avqust tarixində Marneuli şəhərində “Autizmə Fərqli Baxış” adlı seminar təşkil olunub. 24News.ge xəbər verir ki, tədbirdə autizmdən əziyyət çəkən uşaqların valideynləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tam ödənişsiz keçirilən seminarın təşkilatçıları bildiriblər ki, görüşün əsas məqsədi Türkiyə və Azərbaycanda olduğu kimi, Gürcüstanda da autizmli ailələrə dəstək göstərmək və onları maarifləndirməkdir. Çıxışlar zamanı autizm spektr pozuntusu olan uşaqlara fərqli və bütüncül yanaşma modeli təqdim olunub, onların sağlam qidalanması, eləcə də “uşaq uşaqdan öyrənər” prinsipinə əsaslanan təlim metodları haqqında məlumat verilib. Seminarın sonunda bir sıra təşkilatçılara təşəkkür plaketləri, iştirakçılara isə sertifikatlar təqdim olunub. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge