Haqqımızda Reklam
12 
Sen
2025
11:00
28
5
509

Gürcüstanda qanunsuz yaşayan 12 əcnəbi saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində İordaniya, Hindistan, Nepal və Banqladeş vətəndaşı olan – ümumilikdə 12 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən, ölkədə hüquqi əsas olmadan qalıblar. Onlar sığınacaq proseduru çərçivəsində nəzərdə tutulan müddətlərdən sui-istifadə etmiş və illərlə ölkədə hüquqi əsas olmadan yaşayıblar. Saxlanılan şəxslər, ölkəni könüllü tərk etməyə imkan verən, ölkədən çıxarılma qərarının icrası üçün müəyyən edilmiş müddətlərdən istifadə etmədiklərinə görə, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən saxlanılması barədə qərar qəbul edilib. Qərarın icrası məqsədilə, hazırda saxlanılan şəxslər mənsub olduqlarə ölkələrə göndərilmək üçün Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdiriliblər.

www.24news.ge